NATO hərbi infrastrukturu modernləşdirib, Rusiya sərhədləri yaxınlığında Şərqi Avropada hərbi kontingentin hazırlığını və gücünü artırıb.
APA-nın məlumatına görə, belə bir bəyanatla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 3-də “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Patruşev bildirib ki, NATO Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirib. Bölgədə 60 minə yaxın ABŞ əsgəri var.
"Alyans sərhədlərimizə yaxın hərbi infrastrukturu modernləşdirib, qoşunların əməliyyat və döyüş hazırlığının miqyasını və intensivliyini artırıb", - Təhlükəsizlik Şurasının katibi bildirib.