Perm barıt zavodunun iki işçisi yanğın nəticəsində ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə regional əmək müfəttişliyi məlumat verib.
Mayın 1-də axşam saatlarında istehsalat sahələrindən birində məhsul yanıb. Nəticədə 3 işçi xəsarət alıb, onlardan biri yerindəcə ölüb, digər ikisi xəstəxanaya yerləşdirilib, daha sonra xəsarət alanlardan biri xəstəxanada ölüb.
Ölənlərin üçünün də qadın olduğu vurğulanır.