ABŞ pilotsuz uçuş aparatının (PUA) Qara dənizə düşməsi insidenti ilə bağlı Putinə məlumat verilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu məsələ ilə bağlı ən yüksək səviyyədə təmasların olmadığını söyləyib.
Peskov qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın PUA-sı ilə Qara dəniz üzərində insidentlə bağlı bəyanatı hərtərəflidir, Kremlin buna əlavə edəcəyi heç nə yoxdur.
"Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər ən aşağı nöqtədədir, Rusiya isə konstruktiv dialoqdan heç vaxt imtina etməyib və imtina etmir", - deyə Kremlin sözçüsü vurğulayıb.