Bank Of Baku

Peskov: Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir

Peskov: Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir
# 11 iyul 2023 14:26 (UTC +04:00)

Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır: "Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov Moskvanın fikir ayrılıqlarına baxmayaraq Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu söyləyib:

"Rusiya Federasiyası Türkiyənin NATO öhdəliklərinə sadiqliyini yaxşı anlayır, lakin mövcud fikir ayrılıqlarına baxmayaraq Rusiya, Türkiyə ilə münasibətləri hər iki ölkə üçün sərfəli olduğu yerdə inkişaf etdirmək niyyətindədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR