Bank Of Baku

Peskov: Ermənistan-ABŞ təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir

Peskov: Ermənistan-ABŞ təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir
# 07 sentyabr 2023 13:37 (UTC +04:00)

Ermənistan-ABŞ birgə hərbi təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. İstənilən halda, bu, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının Eagle Partner-2023 birgə hərbi təlimlərinin keçiriləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR