Bank Of Baku

Peskov: İlin sonuna kimi Ukraynadan qoşunların çıxarılmasından söhbət gedə bilməz

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 13 dekabr 2022 14:40 (UTC +04:00)

Kreml bu ilin sonuna kimi Ukraynadan Rusiya qoşunlarının çıxarılmasının mümkünlüyünə münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu ilin sonuna kimi Ukraynadan qoşunların çıxarılmasından söhbət gedə bilməz.

Eyni zamanda, o vurğulayıb ki, sülhə nail olmaq üçün Rusiyaya yeni regionların daxil olması ilə bağlı yeni reallıqları nəzərə almaq lazımdır.

"Ukrayna tərəfi bütün bu müddət ərzində formalaşmış reallıqları nəzərə almalıdır. Bu reallıqlar göstərir ki, Rusiya Federasiyasının yeni subyektləri var, onlar bu ərazilərdə keçirilən referendumlar nəticəsində yaranıb. Bu yeni reallıqları nəzərə almadan nizamlanma üzrə hər hansı irəliləyiş mümkün deyil”, - Kremlin sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR