Bank Of Baku

Peskov Kiyevlə dialoqa hazır olduğunu bildirib

Peskov Kiyevlə dialoqa hazır olduğunu bildirib
# 18 iyun 2023 03:28 (UTC +04:00)

Rusiya Kiyevlə siyasi dialoqa hazırdır və buna iradəsi də var.

APA xəbər verir ki, bu barədə Rusiya prezdentinin mətbuat katibi Dmitri Peskov “RT Arabic” telekanalına müsahibəsində bildirib.

"Biz hər zaman xatırlamalıyıq ki, Zelenski rejimi, daha doğrusu Prezident Zelenskinin özü Rusiya tərəfi ilə danışıqlar aparılmasını qadağan edən fərman imzalayıb. Yəni bu vəziyyətdə bir şey haqqında danışmaq çox çətindir. Biz hazırıq. Siyasi iradəmiz var, hazırlığımız var. Ancaq burada hələ bir dialoq görünmür, dialoq üçün heç bir təməl yoxdur ", - deyə Peskov bidirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR