Peskov: Kreml Ukraynanın nizamlanma danışıqlarına hazır olduğunu hiss etmir

Peskov: Kreml Ukraynanın nizamlanma danışıqlarına hazır olduğunu hiss etmir
# 12 aprel 2024 14:18 (UTC +04:00)

Kreml Ukraynanın nizamlanma danışıqlarına hazır olduğunu hiss etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hansı ölkənin Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlara potensial ev sahibliyi edə biləcəyini söyləmək hələ tezdir.

Kremlin sözçüsü İstanbul müqaviləsinin Ukrayna üzrə danışıqlar üçün əsas ola biləcəyini də söyləyib:

"İstabul müqaviləsi Ukrayna üzrə danışıqlarda əsas ola bilət, lakin son 2 ildə bir sıra yeni reallıqlar üzə çıxıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR