Bank Of Baku

Peskov: Kremldə "Telegram"dan xidməti məqsədlər üçün istifadə edilmir

Peskov: Kremldə "Telegram"dan xidməti məqsədlər üçün istifadə edilmir
# 27 avqust 2024 13:26 (UTC +04:00)

Dövlət qulluqçuları heç bir messencerdən xidməti məqsədlər üçün istifadə etməməlidirlər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, "Telegram" platformasında yazışmaları təmizləməyi “tam axmaqlıq” adlandırıb.

Kremlin sözçüsü qeyd edib ki, Kremldə messencerlərdən xidməti məqsədlər üçün istifadə etmirlər.

Peskov deyib ki, informasiya təhlükəsizliyi baxımından heç bir messencer etibarlı deyil, o cümlədən "Telegram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR