Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın həqiqətən də xüsusi əməliyyatda iştirak etdiyini təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Peskov oğlunun vaxtilə Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət etdiyini söyləyib.
"Öz konstitusiya borcunu yerinə yetirib. İndi belə bir qərar verib. O, yetkin insandır. Bəli, doğrudan da, xüsusi hərbi əməliyyatda iştirak edib. Mən daha çox danışmaq istəməzdim, bunun mənim işimə dəxli yoxdur ”, – deyə Kremlin sözçüsü vurğulayıb