Rusiya Prezidenti Vladimir Putin “Moskva” kreyseri ilə bağlı insidentə görə yaxın vaxtlarda Sevastopola səfər etməyi və bununla bağlı müşavirə keçirməyi planlaşdırmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov əlavə edib ki, Rusiya Prezidenti “Moskva” kreyserinin batmasına səbəb olan yanğının səbəblərini müzakirə etmək üçün müşavirə keçirməyi planlaşdırmır.
Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, “Moskva” kreyseri hadisəsi ilə bağlı mövzu Müdafiə Nazirliyinin səlahiyyətində olan məsələdir və bunun Kremlə aidiyyəti yoxdur.