“Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə əlaqədar Vladimir Putinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər tətbiq olunmayıb. Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi ənənəvi qaydada təmin olunur”.
APA-nın məlumatına görə, bunu “Life” nəşrinə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Prezidentinin təhlükəsizliyi müvafiq normativ-hüquqi sənədlərə uyğun şəkildə təşkil edilir və hələlik bu məsələdə hər hansı dəyişiklik nəzərdə tutulmur.
Qeyd edək ki, Rusiya ictimaiyyətində Kreml rəhbərinin təhlükəsizliyi ilə bağlı narahatlıq olması barədə məlumatlar Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsddən sonra yayılıb.