Bank Of Baku

Peskov: "Qazprom"la Moldova arasında təmaslar davam etməlidir

Peskov: "Qazprom"la Moldova arasında təmaslar davam etməlidir
# 02 oktyabr 2023 14:40 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti ilə Moldova arasında təmaslar davam etməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov rəsmi Kişineunun daha “Qazprom”dan qaz almayacağıq" bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Qazprom” və Moldova arasında təmaslar davam etməlidir, çünki Moldova tərəfinin borcları var.

Qeyd edək ki, Moldovanın energetika naziri Viktor Parlikov rəsmi Kişineunun Avropa bazarından qaz almağa nail olduğunu və hətta Rusiyanın təklif etdiyindən daha ucuz qiymətə qaz aldığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR