Bank Of Baku

Peskov: “Qərb Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarına isterik reaksiya verir”

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 09 aprel 2023 12:36 (UTC +04:00)

Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını xatırlamır, lakin Rusiyanın Belarusda belə silahlar üçün anbarlar yaratmaq planlarına isterik reaksiya verir.

APA xəbər verir ki, bu barədə bazar günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində bildirib.

“Kollektiv Qərb burada, Avropada, ölkəmizin ətrafında yerləşən Amerika nüvə silahları mövzusunu birtəhər xatırlamağa meylli deyil, lakin bu halda onlar bizim Belarusiya ərazisində taktiki nüvə silahları üçün anbarlar tikmək planlarımıza belə bir isterik reaksiyaya meyllidirlər” - bu barədə Kremlin sözçüsü jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR