Bank Of Baku

Peskov Rusiya ilə Şimali Koreya arasında heç bir sazişin imzalanmadığını bildirib

Peskov Rusiya ilə Şimali Koreya arasında heç bir sazişin imzalanmadığını bildirib
# 15 sentyabr 2023 13:50 (UTC +04:00)

Rusiya ilə Şimali Koreya arasında heç bir saziş imzalanmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Kim Çen In arasında aparılan danışıqlar yekununda hərbi-texniki əməkdaşlıq da daxil olmaqla heç bir saziş imzalanmayıb.

Peskov vurğulayıb ki, Rusiya Federasiyası və KXDR liderləri arasında təmaslar sensasiya olmaqdan çıxıb, artıq ənənəyə çevrilib.

Qeyd edək, Putin və Kim Çen In sentyabrın 13-də Amur vilayətin Vostoçnıy kosmodromunda görüş keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR