Bank Of Baku

Peskov: "Rusiya ordusu dinc əhalinin təhlükəsizliyi üçün hər şey edir"

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 28 fevral 2022 14:29 (UTC +04:00)

“Əsas vəzifə mülki əhalinin təhlükəsizliyini təmin etməkdir”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna ərazisindəki Rusiya ordusu haqqında danışarkən bildirib.

"Rusiya ordusu dinc əhalinin təhlükəsizliyinin təmin olunması üçün hər şey edir. Biz dinc əhalidən, mülki obyektlərdən, yaşayış binalarından canlı qalxan kimi istifadə edən Ukrayna millətçi qruplarının dinc əhalidən istifadə etmək cəhdlərini görürük. Bu, qəbuledilməzdir", - deyə Kremlin sözçüsü vurğulayıb.

Avropadan Ukraynaya silah tədarükü ilə bağlı danışan Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, Ukrayna ərazisinə silah və döyüş sursatının tədarükü son dərəcə təhlükəli olacaq və bu, sabitliyi pozan fakta çevrilə bilər: "Bu, heç bir halda nə Ukraynada sabitliyə, nə də asayişin bərpasına kömək edəcək və uzunmüddətli perspektivdə bunun nəticələri daha təhlükəli ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR