Bank Of Baku

Peskov: “Rusiya-Ukrayna danışıqları sabaha planlaşdırılıb” - YENİLƏNİB - VİDEO

Peskov: “Rusiya-Ukrayna danışıqları sabaha planlaşdırılıb”  - YENİLƏNİB  - VİDEO
# 14 mart 2022 00:03 (UTC +04:00)

Ukrayna-Rusiya danışıqları martın 14-də davam etdiriləcək.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Danışıqlar fasiləsiz şəkildə videokonfrans formatında davam edir. İşçi qrupları daim fəaliyyətdədir. Bazar ertəsi martın 14-də ilkin nəticələr üçün danışıq sessiyası başlayacaq”, - deyə Podolyak qeyd edib.

***

22.16

“Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub”.

APA-nın xəbərinə görə, bunu “Ria Novosti”yə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, bu gün “Reuters” agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danıçıqlar aparıldığı barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR