Bank Of Baku

Peskov: "Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır"

Peskov: "Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır"
# 24 may 2023 08:02 (UTC +04:00)

Rusiya Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna qarşısında qoyduğu məqsədlərə ya hərbi əməliyyatlarla, ya da digər vasitələrlə nail olacaq.

Kremlin sözçüsü bildirib ki, Rusiya Qərblə həmrəydir və Ukraynadakı münaqişənin dondurulmasına imkan verilməməlidir.

"Hələlik sülh yolu ilə nizamlanma üçün açıq şəkildə heç bir ilkin şərt yoxdur. Xüsusi hərbi əməliyyat davam edir", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, hazırda Kiyevlə danışıqlar çətin ki, müzakirə olunar.

Peskov deyib ki, Rusiya ilə hər hansı danışıq Ukraynanın özü tərəfindən qadağandır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR