Bank Of Baku

Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

# 22 sentyabr 2026 15:46 (UTC +04:00)

Rusiya tərəfi Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır.

APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə döyüş əməliyyatlarında müvəqqəti fasilənin deyil, daimi sülhün tərəfdarı olduğunu bəyan edib.

“Putin və Rusiya tərəfi həmişə bildiriblər ki, biz möhkəm sülhün, əbədi sülhün tərəfdarıyıq, mahiyyət etibarilə heç nə verməyəcək atəşkəsin deyil”, - Peskov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR