Peskov: "Rusiya xüsusi xidmət orqanları “Crocus” terrorunu araşdırmağa davam edir"

Peskov: "Rusiya xüsusi xidmət orqanları “Crocus” terrorunu araşdırmağa davam edir"
# 27 mart 2024 23:41 (UTC +04:00)

Rusiya xüsusi xidmət orqanları “Crocus City Hall”da baş verən terror aktını araşdırmağa davam edir, hələlik rəsmi versiya açıqlanmayıb.

APA xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Xüsusi xidmət orqanları mövcud versiyaları gücləndirmək və yaxşı əsaslandırılmış bir versiyanın üzərində dayanmaq üçün çalışır”, - deyə Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR