Bank Of Baku

Peskov Rusiyanın ən ağır sanksiyalara qarşı hazırlıq gördüyünü bildirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 28 fevral 2022 14:33 (UTC +04:00)

Rusiya uzun müddətdir kifayət qədər sistemli şəkildə mümkün sanksiyalara, o cümlədən hazırda üzləşdiyimiz ən ağır sanksiyalara qarşı hazırlıq görüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Mərkəzi Bankın tədbirləri haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, cavab planları var, onlar işlənib hazırlanıb və problemlər yarandıqca icra olunur.

Rusiyanın cavab sanksiyaları haqqında danışan Kremlin sözçüsü vurğulayıb ki, cavablar əsasən məqsədəuyğunluq və ölkənin maraqları baxımından sıralanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR