Bank Of Baku

Peskov: "Rusiyanın yeni ərazilərini heç kim və heç vaxt satmayacaq”

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 23 fevral 2025 14:07 (UTC +04:00)

"Rusiyanın yeni ərazilərini heç kim və heç vaxt satmayacaq, bu mümkün deyil".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əsas odur ki, Ukraynanın bir hissəsinin insanları çoxdan Rusiyanın yanında olmağa qərar verib və heç kim bu əraziləri satmayacaq”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına açıqdır və onun üçün bu prosesə heç bir şeyin mane olmaması vacibdir: "Rusiya Federasiyası və ABŞ prezidentlərinin Ukraynada sülh yolu ilə nizamlanmaya çıxmasına, onların öz siyasi iradələrini reallaşdırmasına heç nə mane olmamalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR