Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron şənbə günü telefon danışığı aparmağı planlaşdırırlar.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Həqiqətən də, sabah Makronla telefon danışığı planlaşdırılır", - deyə Kremlin sözçüsü vurğulayıb.