Kiyevə silah tədarükü Ukraynanın özünə daha çox iztirab gətirir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kiyevə silah tədarükünün davam etməsi Ukraynanın özünə daha çox iztirab gətirir”, - Peskov vurğulayıb.
Kremlin sözçüsü qeyd edib ki, Kiyevin silahlarla təmin olunması Rusiya Federasiyasnın xüsusi hərbi əməliyyatının heç bir parametrini dəyişmir: “Xüsusi əməliyyat məqsədlərinə nail olunacaq. Kiyevə göndərilən silahların Rusiyaya qarşı istifadəsi yalnız vəziyyəti ağırlaşdırır”.