Rusiyanın özünün hipersəsli raketləri var, ona görə də Rusiya ABŞ-dan “super-puper” silahların heç bir sirrini oğurlamayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş prezidenti Donald Trampın Barak Obamanın prezidentliyi dövründə Moskvanın Amerikanın “super-puper raketi” ilə bağlı məxfi məlumat əldə etməsi ilə bağlı sözlərini şərh edərkən bildirib.
"Bizim öz möhtəşəm raketimiz var. Bizim raketin cənab Trampın “super-puper” kimi anlayışına uyğun olub-olmadığını söyləməkdə çətinlik çəkirəm, amma bizimki yaxşı raketdir və dünyada hələ analoqu yoxdur”, deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Tramp Rusiyanın ABŞ-ın super sürətli raketinin sənədlərini oğurladığını söyləyib. Bildirib ki, Rusiya ABŞ-ın 44-cü prezidenti Barak Obbamanın administrasiyası zamanı gizli sənədləri oğurlayıb və raket hazırlayıb.