Bank Of Baku

Peskov: Ukrayna SQ-ni maliyyələşdirən xarici şirkətlər Rusiyaya geri qayıda bilməyəcək

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

# 06 sentyabr 2025 14:11 (UTC +04:00)

Ukrayna silahlı qüvvələrini maliyyələşdirən xarici şirkətlər Rusiya üçün düşmənə çevrilib və Rusiyaya geri qayıda bilməyəcəklər.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

"Ukrayna ordusunu maliyyələşdirənlər - bu, artıq tamam başqa məsələdir. Belə şirkətlər artıq düşmənə çevrilib və onlara da düşmən kimi yanaşmaq lazımdır”, – Peskov vurğulayıb.

Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bir çox xarici şirkət Rusiyada fəaliyyətini dayandırmaq qərarı verib. Onların bir qismi Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyi göstərdiyini açıq şəkildə bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR