Bank Of Baku

Peskov: Ukraynanın NATO-ya üzvlüyünün çox mənfi nəticələri olacaq

Peskov: Ukraynanın NATO-ya üzvlüyünün çox mənfi nəticələri olacaq
# 10 iyul 2023 14:45 (UTC +04:00)

Ukraynanın NATO-ya daxil olmasının Avropanın təhlükəsizlik arxitekturası üçün çox mənfi nəticələri olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu bəyanatla Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.

"Rusiya Federasiyasının tamamilə başa düşülən və ardıcıl mövqeyini bilirsiniz. Bu mövqe ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzvlüyü Avropanın bütün onsuz da bərbad vəziyyətdə olan təhlükəsizlik arxitekturası üçün çox və çox mənfi nəticələrə səbəb olacaq və ölkəmiz üçün mütləq təhlükə, təhdid olacaq", deyə Peskov vurğulayıb.

Kreml rəsmisi əlavə edib ki, Kiyev Ukraynanın alyansa qəbul edilməsi məsələsində bütün NATO ölkələrinə təzyiq göstərməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR