Peskov: Yaxın Şərqdə eskalasiya heç kimin maraqlarına uyğun deyil

Peskov: Yaxın Şərqdə eskalasiya heç kimin maraqlarına uyğun deyil
# 15 aprel 2024 13:04 (UTC +04:00)

Rusiya Federasiyası Yaxın Şərqdəki vəziyyətdən son dərəcə narahatdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, vəziyyətin eskalasiyası heç kimin maraqlarına uyğun gəlmir.

"Rusiya Yaxın Şərqdəki fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarıdır", - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR