Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların sayı 32 nəfərə çatıb, onlardan biri ölüb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
***
01.35
Sankt-Peterburqdakı kafedə baş verən partlayışda xəsarət alanların sayı 30 nəfərə çatıb, onlardan biri ölüb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
***
21.34
Sankt-Petereburqda kafedə baş verən patlayışda 25 nəfər xəsarət alıb.
APA-nın Rusiya DİN-ə istinadla xəbərinə görə, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.
***
20.48
Əldəqayırma partlayıcı qurğu Vladlen Tatarskiyə hədiyyə edilən heykəlciyin içinə yerləşdirilib.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.
***
20.40
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Sankt-Peterburqda kafedə baş verən partlayışla bağlı məlumat yayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında 2023-cü il aprelin 2-də saat 18.13-də Peterburq polisinə Universitetskaya sahili, ev 25 ünvanında yerləşən kafedə partlayışın baş verməsi barədə məlumatın daxil olduğu bildirilib.
Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
Rusiya DİN ölən şəxsin hərbi müxbir Vladlen Tatarski olduğunu açıqlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəhbərliyi və bir qrup əməkdaşı hadisə yerinə gedib. Sankt-Peterburq polisi və fövqəladə hallar xidmətləri də hadisə yerində işləyir, hadisənin səbəbləri araşdırılır.
***
20.35
Peterburqda partlayış hərbi müxbir Vladlen Tatarskinin ad günü mərasimi zamanı baş verib.
APA TASS-a istinadla xəbər verir ki, partlayıcı qurğu kafeyə kənardan gətirilib.
***
20.11
Sankt-Peterburq şəhərində kafedə baş verən partlayışda 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
APA-nın Rusiya FHN-ə istinadla xəbərinə görə, partlayışın gücü 200 qram trotil ekvivalenti olub.