Bank Of Baku

Polşa Belarusla sərhəddə 30-dan çox “Apache” helikopteri yerləşdirəcək

Polşa Belarusla sərhəddə 30-dan çox “Apache” helikopteri yerləşdirəcək
# 12 oktyabr 2023 07:43 (UTC +04:00)

Polşa şərq sərhədini möhkəmləndirmək üçün Belarusla sərhəddə yerləşən aviabazaya 30-dan çox Amerika “Apache” helikopteri yerləşdirəcək.

APA xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda aviabazanı ziyarət edərkən deyib.

"Bu, ölkəmizdə Amerikanın “Apaçi” helikopterlərini qəbul edən ilk helikopter bazası olacaq. Bura ölkəmizdəki ən mühüm helikopter bazalarından biri- “Polşanın ürəyi”dir”, - deyə dövlət başçısı qeyd edib.

“AH-64 Apache” 1980-ci illərdən istifadə edilən ABŞ ordusunun əsas hücum helikopteridir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu yaxınlarda Polşaya 12 milyard dollara “Apache” helikopterlərinin mümkün satışını təsdiqləmişdi.

Polşanın müdafiə naziri bu helikopterlərin ordudakı “Mi-24”ləri əvəz edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR