Bank Of Baku

Polşa Belarusla sərhəddə yeni divar inşa edəcək

Polşa Belarusla sərhəddə yeni divar inşa edəcək
# 24 yanvar 2022 20:20 (UTC +04:00)

Polşa – Belarus sərhədində 5 metr hündürlükdə divarın inşaatına yanvarın 25-də başlayacaq.
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Polşa sərhəd xidmətinin sözçüsü Anna Mixalskaya bildirib.

“Plana uyğun olaraq Belarusla sərhəd divarının tikintisi sabah başlayacaq. Hazırlıq işləri artıq görülüb” deyə Mixalskaya vurğulayıb.

Uzunluğu 186 km, hündürlüyü 5.5 metr olan divarın inşası iyulda başa çatmalıdır. Artıq büdcədən 644 milyon zlotı (160 milyon dollar) ayrılıb. Sərhəd xətti müasir kameralarla da təchiz ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR