Bank Of Baku

Polşa hərbi helikopteri Belarus sərhədini pozub

Polşa hərbi helikopteri Belarus sərhədini pozub
# 01 sentyabr 2023 21:28 (UTC +04:00)

Polşa hərbi helikopteri Belarus sərhədini pozub.

APA xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.

"Sentyabrın 1-də günorta saatlarında Belarus sərhədçiləri Qrodno vilayətinin Berestovitski rayonunda Polşa tərəfindən hava məkanının pozulmasını qeydə alıblar. Polşaya məxsus "Mi-24" hərbi helikopteri dövlət sərhədini aşağı hündürlükdə keçərək, yüksəkliyə uçub. Belarus ərazisinə daxil olan helikopter sonra geri qayıdıb”, - deyə bildirilib.

Sərhəd komitəsi bildirib ki, bu hadisə ilə bağlı Polşa tərəfi məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR