Bank Of Baku

Polşanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb - YENİLƏNİB

Polşanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb - YENİLƏNİB
# 17 fevral 2023 18:39 (UTC +04:00)

Polşanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb.

APA Belarus XİN-ə istinadən xəbər verir ki, bu addım Polşanın Belarusla sərhəddəki sərhəd məntəqələrini bağlamasına görə atılıb.

Rəsmi Minsk daha kəskin cavab vermək hüququnu özündə saxladığını bildirib və eyni zamanda Polşa Sərhəd Xidmətinin rabitə zabitinin ölkədə qalmasında məna görmədiyini açıqlayıb.

Nazirlik Polşa Baş Konsulluğu ilə heyət sayının paritet sayda olacağını bildirib.

***

18:24

Polşa yük və qoşqulu yük avtomobillərinin Belarusa girişinə qadağa qoyub.

APA Belta-ya istinadən xəbər verir ki, daha Polşada qeydiyyatdan keçən yük və qoşqulu yük avtomobillərinin yükdaşıma əməliyyatları yalnız Belarusun dövlət sərhədində həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR