Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Varşavada Rusiya məktəbinin binasının zorla ələ keçirilməsi ilə bağlı polşalı diplomatın Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Qeyd edək ki, bu gün Rusiyanın Varşavadakı səfirliyi məlum hadisə ilə bağlı Polşa XİN-ə etiraz notası göndərib.