Bank Of Baku

Priqojin Şoyqu və Gerasimovu qeyri-peşəkarlıqda ittiham edib

Priqojin Şoyqu və Gerasimovu qeyri-peşəkarlıqda ittiham edib
# 05 may 2023 18:25 (UTC +04:00)

Ukrayna müharibəsində on minlərlə rusiyalı hərbçi ölüb və yaralanıb .

APA-nın Moskva müxbiri xəbər verir ki, bu açıqlama Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin (ÇVK) rəhbəri Yevgeni Priqojin çıxış edib.

Rusiya müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Mixail Mizintsevin vəzifəsindən kənarlaşdırılması barədə video müraciət yayan Priqojin yenə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ittiham edib. O, general Mizintsevin orda silah-sursat çatışmazlığına qarşı mübarizə aparan yeganə şəxs olduğunu söyləyib.

"Ölən və yaralananlar on minlərlədir. Onları bizə sursat verməyənlərin vicdanına buraxıram. Bunlar müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimovdur. Bütün müraciətlər edilib, tələblər irəli sürülüb. Bizə həmin sursatlar verilməyib. Ona görə də, on minlərlə ölü və yaralılar, və onları doğmaları və valideynləri qarşısında onlar məsuliyyət daşıyırlar. Mən buna nail olacam. Bütün bunlar ona görə baş verir ki, vəzifəli şəxslər öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Onlara öyrədilənləri istifadə etmirlər. Gerasimova öyrədiblər, amma Şoyquya bildiyim qədəri ilə yox. Ona görə də, onların qeyri-peşəkarlığı on minlərlə rus oğullarının həyatını məhv edir. Bu bağışlanılmazdır", - “Vaqner”in rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR