Bank Of Baku

Priqojinin təyyarəsi qəzaya düşməzdən əvvəl bir neçə dəfə yüksəliş və eniş edib

Yevgeni Priqojin

© APA | Yevgeni Priqojin

# 24 avqust 2023 11:52 (UTC +04:00)

Sərnişinləri arasında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin də olduğu “Embraer” təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya düşməzdən əvvəl qısa müddət ərzində bir neçə dəfə hündürlüyə qalxıb və enib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin hesabatında deyilir.

Hesabata görə, təyyarə çərşənbə günü Moskva vaxtı ilə saat 18:19-a qədər təxminən 8,5 km yüksəklikdə olub, sonra şaquli sürəti kəskin şəkildə enib və hündürlüyünü itirib. Bundan sonra təyyarə təxminən 9,15 km maksimum hündürlüyə çatıb, sonra isə 8,4 km-ə düşüb. Nəhayət təyyarə hündürlüyü təxminən 8,9 km-də sabitləşdirib, bundan sonra kəskin şəkildə enməyə başlayıb.

“Flightradar” ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.

Qeyd edək ki, avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan təyyarənin Tver yaxınlığında qəzaya uğraması nəticəsində Priqojin də daxil olmaqla 10 nəfər həlak olub. Onlardan 3-ü ekipaj üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR