Ermənistan ordusunda cinayətlərin mühüm hissəsi qeyri-qanuni münasibətlərə görə baş verir.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Baş prokuror Anna Vardapetyan 2022-ci ilin yekunlarından danışarkən deyib.
Onun sözlərinə görə, ötən il 4 570 qanun pozuntusu qeydə alınıb. Onlardan 63%-i bədbəxt hadisə, 37%-i isə qəsdən törədilmiş cinayətlər olub.