Korrupsiya ilə Mübarizə üzrə Moldova Prokurorluğu eks-prezident İqor Dodonun 30 günlük həbsinə icazə istəyib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun rəsmisi Mariana Kerpek açıqlama verib.
O, prokurorluğun həbsə icazə ilə bağlı müraciətinə Kişinyov məhkəməsinin sabah baxacağını deyib.
***
16:52
Korrupsiya ittihamı ilə 72 saat müddətinə saxlanılan Moldovanın eks-prezidenti İqor Dodon hazırda sorğudadır.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Mariana Kerpek bildirib.
O, sorğu-sualdan sonra istintaqın həbslə bağlı yekun qərar çıxaracağını və Dodonla bağlı günün sonuna qədərə əlavə məlumat veriləcəyini deyib.