Bank Of Baku

Psaki: “ABŞ Ukrayna ətrafındakı vəziyyətin nizamlanması üçün diplomatik təmasları davam etdirir”

Ağ Evin sözçüsü Cen Psaki

© APA | Ağ Evin sözçüsü Cen Psaki

# 14 dekabr 2021 02:46 (UTC +04:00)

ABŞ Ukrayna ətrafındakı vəziyyətin diplomatik yolla nizamlanması üçün bütün kommunikasiyaları, o cümlədən Rusiya ilə açıq saxlayır.

APA-nın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransı zamanı bildirib.

“Biz hər gün diplomatik kanalları açıq saxlamaq, avropalılarla dialoq aparmaq, Ukrayna ilə Rusiya arasında birbaşa təmas yaratmaq və vəziyyətdən diplomatik yolla çıxmaq üzərində işləyirik”, deyə Psaki əlavə edib.

Psaki daha sonra bildirib ki, ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid bu gün Moskvada yüksək səviyyəli dövlət məmurları ilə görüşəcək. görüşlərdə ABŞ-ın Ukraynanın suverenliyinə həssaslığı vurğulanacaq.

“Bununla yanaşı, bizim milli təhlükəsizlik üzrə mütəxəssislərimiz avropalı tərəfdaşlarımız və müttəfiqlərimizlə hərtərəfli məsləhətləşmələri davam etdirirlər”, deyə Psaki əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR