Bank Of Baku

Putin ABŞ ilə danışıqların nəticələrini yüksək qiymətləndirib

Putin ABŞ ilə danışıqların nəticələrini yüksək qiymətləndirib
# 19 fevral 2025 17:48 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ər-Riyadda ABŞ-la aparılan danışıqların nəticələri barədə ona məruzə edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmayıb, indi diplomatik missiyaların işi bərpa olunacaq.

Putin deyib ki, Rusiya ABŞ ilə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə, o cümlədən Yaxın Şərqdə - Suriya və Fələstində işi bərpa etmək üçün ilk addımı atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR