Bank Of Baku

Putin ABŞ-ın çoxdan Ukraynadakı müharibəyə cəlb olunduğunu açıqlayıb

Putin ABŞ-ın çoxdan Ukraynadakı müharibəyə cəlb olunduğunu açıqlayıb
# 22 dekabr 2022 20:14 (UTC +04:00)

"ABŞ çoxdan Ukraynadakı müharibədə iştirak edir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının yekunları ilə bağlı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ABŞ-ın Ukraynadakı situasiyaya daha çox cəlb olunmasının mümkünlüyü barədə suala cavabında belə deyib:

"Onlar çoxdan bu prosesdə iştirak edirlər. Bizim potensial rəqibimiz həmişə rus dünyasını parçalamağa və ayrı-ayrı ərazilərə rəhbərlik etməyə çalışıb. Ukraynada separatizm ideyası çoxdan yaranıb",- deyə Putin vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR