Bank Of Baku

Putin: “ABŞ və NATO ilə təhlükəsizlik zəmanətlərinə dair dialoq başa çatmayıb”

Putin: “ABŞ və NATO ilə təhlükəsizlik zəmanətlərinə dair dialoq başa çatmayıb”
# 08 fevral 2022 02:40 (UTC +04:00)

ABŞ və NATO ilə Rusiya üçün təhlükəsizlik zəmanətləri bağlı dialoq bitməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“NATO-nun genişlənməməsi, Rusiya Federasiyasının sərhədləri yaxınlığında zərbə sistemlərinin yerləşdirilməməsi, NATO infrastrukturunun 1997-ci ilə qədər sərhədlərə qaytarılması kimi bütün əsas məsələlərə ABŞ-ın cavabında sadəcə olaraq heç bir mövqe yoxdur. Həmin məsələlərdən sadəcə yan keçiblər. Hesab etmirəm ki, bununla bizim dialoqumuz başa çatıb”, - deyə Rusiya prezidenti vurğulayıb.

Putin ölkəsinin ABŞ və NATO-ya cavab hazırladığını və bu cavabı Vaşinqton və Brüsselə göndərəcəklərini də bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR