Bank Of Baku

Putin amerikalı boksçu və kanadalı xokkeyçiyə Rusiya vətəndaşlığı verib

Putin amerikalı boksçu və kanadalı xokkeyçiyə Rusiya vətəndaşlığı verib
# 09 yanvar 2024 12:38 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin amerikalı boksçu Kevin Consona və kanadalı xokkeyçi Brendan Laipsikə Rusiya vətəndaşlığı verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

K.Consonun 44 yaşı var, peşəkar rinqdə 60 döyüş keçirib, bu döyüşlərdə 36 qələbə (20-si nokautla), 22 məğlubiyyət alıb

Brendan Laipsik SKA Kontinental Xokkey Liqasının Sankt-Peterburq klubunun hücumçusudur. 2020/2021 mövsümündə o, KXL-də olub. Rusiyada birinci ilini ÇSKA-da (MOİK) keçirən kanadalı xokkeyçi daha sonra “Metallurq”a keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR