Bank Of Baku

Putin Avropa ölkələrinə viza xarakterli sanskiyanın təbiqi haqda fərman imzalayıb

Putin Avropa ölkələrinə viza xarakterli sanskiyanın təbiqi haqda fərman imzalayıb
# 04 aprel 2022 16:46 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin “Xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab viza tədbirləri haqqında” fərman imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sənəd hüquqi informasiya portalında dərc olunub.

Putinin imzaladığı fərmana əsasən, Rusiya Avropa İittifaqı, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza rejiminin sadələşdirilməsi sazişlərinin müəyyən bəndlərini dayandırıb.

Xüsusilə, söhbət Aİ ölkələrinin rəsmi nümayəndə heyətlərinin üzvlərindən və jurnalistlərdən gedir.

Həmçinin diplomatik pasport sahiblərinin Rusiyaya vizasız daxil ola bilməsi norması da dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR