Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında danışıqlar Rusiya liderinin Hindistana səfərindən sonra keçiriləcək.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Rusiya dövlət başçısının dekabrın 6-da Hindistana səfərindən sonra Putin və Bayden arasında videokonfransın baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandıran Uşakov jurnalistlərə: "Bəli, sonra. Hindistandan sonra... Belə bir imkan üzərində iş gedir", - deyə cavab verib.
Uşakov Putin-Bayden görüşündə NATO-nun şərqə doğru daha da irəliləməsi, Ukrayna, Liviya, Suriya və Əfqanıstandakı situasiya, habelə Rusiya ilə sərhəd olan ölkələrdə raket sistemlərinin yerləşdirilməsini istisna edən hüquqi razılaşmaların əldə edilməsi məsələlərinə toxunula bilər.