Putin Baydenə cavab verib

Putin Baydenə cavab verib
# 22 fevral 2024 20:58 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun ünvanına təhqiramiz ifadələr işlətməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putinin Baydenin reaksiyasını adekvat adlandırıb.

"Biz sizinlə bu yaxınlarda danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimizi soruşdunuz. Mən dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün daha üstün olanı Baydendir. İndi onun dediklərindən aydın olur ki, mən tamamilə haqlıyam. Ona görə də, bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə deyə bilməz ki,“Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin". Biz orada baş verənləri daxili siyasi nöqteyi-nəzərdən başa düşürük və bu reaksiya tamamilə adekvatdır, deməli, mən haqlı idim... Məndən soruşdular ki, bizim üçün yaxşısı nədir, mən o vaxt dediyim kimi indi elə hesab edirəm və təkrar edə bilərəm: Bayden", - deyə Putin "Rossiya" kanalına müsahibəsində amerikalı həmkarına cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR