Bank Of Baku

Putin Bennetə Kiyevin danışıq fürsətindən istifadə etmədiyini bildirib

Putin Bennetə Kiyevin danışıq fürsətindən istifadə etmədiyini bildirib
# 27 fevral 2022 16:27 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət müzakirə olunun.

Putin Rusiyanın Belarusun Qomel şəhərində danışıqlara hazır olduğunu və qeyri-ardıcıllıq nümayiş etdirən Kiyevin hələ də fürsətdən istifadə etmədiyini söyləyib.

Qeyd edilib ki, Naftali Bennet hərbi əməliyyatları dayandırmaq məqsədi ilə İsrailin vasitəçiliyini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR