Bank Of Baku

Putin benzin və dizelin qiymətlərinin sabitləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb

Putin benzin və dizelin qiymətlərinin sabitləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb
# 02 noyabr 2023 17:37 (UTC +04:00)

Rusiyada benzin və dizelin qiymətlərinin sabitləşdirilməsi üçün tədbirlər görüləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə neft şirkətlərinin iştirakı ilə benzin və dizelin qiymətlərinin sabitləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb.

Qeyd edək ki, son aylar ərzində Rusiyada benzin və dizel yanacağının qiyməti kəskin bahalaşıb. Sentyabr ayında Nazirlər Kabineti dizel yanacağının ölkədən ixrac olunmasına müvəqqəti məhdudiyyət tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR