Bank Of Baku

Putin-Bəşər Əsəd görüşü üç saat davam edib - YENİLƏNİB

Putin-Bəşər Əsəd görüşü üç saat davam edib - YENİLƏNİB
# 15 mart 2023 21:49 (UTC +04:00)

Rusiya və Suriya prezidentləri arasında danışıqlar başa çatıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Vladimir Putinlə Bəşər Əsəd arasında danışıqlar üç saat davam edib.

***

18.32

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezident Bəşər Əsəd arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 7% artıb.

Əsəd zəlzələlərin nəticələrinin aradan qaldırılmasına yardım etdiyinə görə Rusiya Federasiyasına təşəkkür edib. Suriya prezidenti əlavə edib ki, onun səfəri Rusiya ilə Suriya arasında münasibətlərdə yeni mərhələyə yol açacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR