Bank Of Baku

Putin bu ilin sonunda Hindistana səfər edəcək

Vladimir Putin və Narendra Modi

© APA | Vladimir Putin və Narendra Modi

# 08 avqust 2025 17:31 (UTC +04:00)

Bu ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi özünün “X” hesabında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı məlumat verərkən bildirib.

O, Putinlə ətraflı və məhsuldar söhbət apardığını, ikitərəfli münasibətlərin inkişafının müzakirə olunduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Əlavə olaraq, Ukrayna mövzusunda da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR